Qrip xəstələrinin etdiyi 3 səhv...

12:02 - 10 Yanvar 2023 - GÜNDƏM

 Qrip xəstələrinin etdiyi 3 səhv...

Məşhur anestezioloq-reanimatoloq Şahin Məmmədov qrip xəstələrinin yol verdiyi əsas 3 səhvi açıqlayıb.

BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, həkim soğan-sarımsaqla qripi müalicə etməyin yetərli olmadığını deyib.

Həkimin tövsiyələrini təqdim edirik:

Qrip, soyuqdəymə əlamətləri olan şəxslərin etdiyi ən populyar 3 yanlış müalicələr:

Bu xəbər hal-hazırda çox oxunur
Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirlər açıldı!

1. Sauna

Həm digər insanlara virusu yayırsız, həm də su itirməklə sağalmanı gecikdirirsiz. Saunanın ümumi soyuqdəymə əlamətlərini azaltması, sağalma müddətini tezləşdirməsi heç bir tədqiqatda sübuta yetirilməyib. Saunaya başqa vaxtlar getmək isə orqanizmə faydalıdır.

2. Soğan sarımsaq

Bunlar faydalı qidalardır, amma onlara güvənib qripi ağır keçirəcəyi proqnozlaşdırılan insanların düzgün qabaqlayıcı tədbirlərini gecikdirmək olmaz. Çünkü virus əleyhinə heç bir təsiri yoxdur. Qrip vaxtı soğan sarımsaq yeməyin əhəmiyyəti ondan ibarətdir ki, siz camaatdan uzaq gəzirsiz, ya camaat sizdən uzaq gəzir, yoluxma azalır.

3. Araq

Geniş yayılmış mifdir. Qrip virusu təkcə ağızda və boğazda deyil ki, onu dezinfeksiya edə biləsiz. Üstəlik 40 faizli spirt nəinki onu, heç nəyi öldürmür. Əksinə sidikqovucudur, su itkisi verir, sağalmanı gecikdirir. Spirtli içkilər qaraciyərdə zülal sintezini tormozlayır, bu da immunitetə böyük zərbədir. Bilin ki, ondan ümumiyyətə insana ancaq zərər gələ bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol