Yanvarın 10-na olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti yağıntılı olub, arabir qar yağıb, bəzi yerlərdə intensivləşib.
BUTA.TV xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
O qeyd edib ki, qar örtüyünün hündürlüyü Altıağacda 25, Lerikdə 24, Qaxda 22, Xaltan, Yardımlıda 20, Qəbələdə 19, İsmayıllıda 16, Qubada 15, Şəkidə 13, Qusar, Şamaxı, Oğuzda 11, Zaqatalada 10, Şabranda 9, Kürdəmir, Biləsuvar, Lənkəranda 8, Qobustan, Astarada 6, Daşkəsən, Göytəpədə 5, Ağdərə, Ağsu, Balakəndə 3, Xaçmaz, Göygöldə 2, Qrız, Şahdağda 1, Bakıda və Abşeron yarımadasında 8-10 sm-dək olub:
“Dumanlı hava şəraiti isə Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Yevlax və Lerikdə müşahidə olunub və görünüş məsafəsi 50-100 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 0-2, Aran rayonlarında 2, Naxçıvan MR-da 8-13, dağlıq rayonlarda isə 18-23 dərəcə şaxta olub.
- Ərazimizi bərpa edib, Quterreşi Bakıya gətirdik…
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT