Türkiyənin Antalya şəhərində keçirilən Asiya Parlament Assambleyasının 13-cü Plenar Sessiyası çərçivəsində Azərbaycan, Türkiyə və İran parlament sədrlərinin üçtərəfli görüşü olub.
Bu barədə BUTA.TV-a Milli Məclisdən Məlumat verilib.
Görüşdə 13-cü Plenar Sessiyada keçirilən müzakirələrin əhəmiyyəti vurğulanaraq, bu tədbirlərin parlament diplomatiyasının imkanlarından daha geniş faydalanmaq baxımından vacibliyi qeyd edilib. Həmçinin, parlament sədrlərinin üçtərəfli formatda görüşünün qanunverici orqanlar arasında münasibətlərdə rolu diqqətə çatdırılıb.
Daha sonra regionda mövcud olan vəziyyətlə bağlı fikirlər səsləndirilərək, bölgədə enerji sahəsində əməkdaşlıq, kommunikasiyaların genişləndirilməsinin əhəmiyyəti, enerji və nəqliyyat layihələrinin bölgənin ümumi inkişafında vacib rolu qeyd olunub. Vurğulanıb ki, indiki mərhələdə regionda sabitliyə xələl gətirəcək, gərginlik yaradacaq davranışlardan çəkinmək, əməkdaşlığın genişləndirilməsini təşviq edəcək addımlar atmaq lazımdır.
Azərbaycanın öz torpaqlarını 30 illik Ermənistan işğalından azad etməsindən sonra bölgədə yeni imkanlar yarandığı qeyd olunaraq, regionda daimi sabitlik və təhlükəsizliyin təmin olunması üçün sülh müqaviləsinin imzalanmasının vacibliyi bir daha diqqətə çatdırılıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də geniş fikir mübadiləsi aparılıb.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?