Quba rayonunda türkəçarə ilə məşğul olan şəxs narkotiklə saxlanılıb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bağbanlı kəndində qeydə alınıb.
Belə ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə kənd sakini Yalçın Ağacan oğlu Qocayev saxlanılıb.
Onun üzərinə baxış zamanı narkotik vasitə olan “marixuana” və “şüşə” adlanan "metamfetamin" aşkar edilib.
Faktı DİN Mətbuat Xidmətinin Quba regional qrupunun əməkdaşı Xəyal Talıbov təsdiq edib.
Qeyd edək ki, Y.Qocayev fərdi yaşayış evində türkəçarə müalicə ilə (bel və onurğa ağrıları kimi müxtəlif xəstəliklərin xalq təbabəti ilə müalicəsi ilə) məşğul olurmuş.
- STM MEDİA-ya birləşdirilir
- Prezident fərman imzaladı
- Əhalinin sayı açıqlandı
- Bu deputatlara yeni vəzifə veriləcək
- Qadınları evlənmək adı ilə əcnəbilərə satan şəxs tutuldu - Video
- Bakıda çadralı qadınlar bıçaq və ülgüclə mağazaya basqın etdilər
- "Binə" TM-də dəhşət: oteldə ülgüclə doğranmış meyit tapıldı
- Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi... - Mansurov