Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.
AAYDA-dan BUTA.TV-a verilən məlumata görə, “Zəfər” yolunda qar yağır, marşrut boyu 8-10 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Toğanalı-Kəlbəcər-İstisuda qar yağır, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun qardan təmizlənməsi işləri aparılıb. “Ömər aşırımı”na doğru yüksəkliyə qalxdıqca 15-18 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb.
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran, Quba və Qusar rayonları ərazisində 5-6 sm qar yağmış, hazırda zəif qar yağır, 4-5 dərəcə şaxta var. Yolun qardan təmizlənməsi işləri aparılıb, qum-duz səpilib. Xınalıq kəndi ərazisində 14 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Giləzi-Xızı-Xızı rayonu ərazisində güclü qar yağır. Gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, bununla yanaşı yağıntı davam edir. Marşrut boyu 5-7 dərəcə şaxta var. Sürücülərə şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsüyyə olunur.yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Qobustan-Şamaxı-Muğanlı marşrut boyu qar yağır, gecə saatlarından başlayaraq yolun qardan təmizlənməsi işləri aparılıb, bununla yanaşı qum-duz səpilib. Marşrut boyu külək və 6-8 dərəcə şaxta müşahidə olunur. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Muğanlı-Ağsu-Yevlax yolunda yağıntı davam edir, Muğanlı ərazisində 4-5 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Ağsu dolaylarında yolun qardan təmizlənməsi işləri aparılıb. Ağsu dolaylarında şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Muğanlı-İsmayıllı avtomobil yolunda yağıntı davam edir, marşrut boyu 6-7 dərəcə şaxta var. Yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Yevlax-Şəki (Göybulaq) yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı tədbirlər görülərək nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
İsmayıllı-Qəbələ-Oğuz-Şəki avtomobil yolunda qar yağır, marşrut boyu 5-7 dərəcə şaxta var. Yolun İsmayıllı - Qəbələ hissəsində buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər aparılıb. Şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Yolun Qəbələ-Oğuz-Şəki hissəsində zəif qar yağır, körpülərdə və yolun meşə zolağından keçən hissələrində əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.
Şəki-Qax-Zaqatala yolunda qar yağır, marşrut boyu 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Şəmkir-Gədəbəy yolunda marşrut boyu qar yağır, qarın hündürlüyü 5-6 sm-dir. 10-11 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Gəncə-Daşkəsən yolunda marşrut boyu qar yağır, 10 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Ələt-Astara yolunda qar yağır, marşrut boyu 2-3 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.
Masallı-Yardımlı, Lənkəran-Lerik yolunda marşrut boyu zəif qar yağır, Yardımlı rayonu ərazisində 2-3 dərəcə, Lerik rayonu ərazisində 7-8 dərəcə şaxta var. Yollarda buzlaşmaya qarşı müvafiq tədbirlər görülüb. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub. Yolda şinləri zincirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.
Bakı-Ələt-Hacıqabul-Ucar-Yevlax-Gəncə-Qazax yolunda zəif yağıntı davam edir, yollarda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
Hacıqabul-Bəhramtəpə-Horadiz yolunda marşrut boyu zəif qar yağır, yolda qar yoxdur. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək