Azərsu ASC-nin 955 nömrəli zəng mərkəzinə su borusunun və yaxud sayğacların donması ilə barədə heç bir müraciət daxil olmayıb.
BUTA.TV xəbər verir ki, bunu qurumun İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Anar Cəbrayıllı bildirib.
“Operativ idarəetmə şöbəsindən verilən məlumata görə, hazırda həm Bakı şəhərində və Abşeron yarımadasında, həm də regionlarda bütün mənbələrdən lazımi həcmdə su götürülür və abonentlər dayanıqlı içməli su ilə təmin olunur. “Azərsu” qarlı günlərdə gücləndirilmiş iş rejimində çalışır. Hər hansı bir qəza və yaxud problem yaranarsa, onun qısa müddətdə və operativ aradan qaldırılması ilə bağlı tədbirlər görüləcək”, - Cəbrayıllı qeyd edib.
- STM MEDİA-ya birləşdirilir
- Prezident fərman imzaladı
- Əhalinin sayı açıqlandı
- Bu deputatlara yeni vəzifə veriləcək
- Qadınları evlənmək adı ilə əcnəbilərə satan şəxs tutuldu - Video
- Bakıda çadralı qadınlar bıçaq və ülgüclə mağazaya basqın etdilər
- "Binə" TM-də dəhşət: oteldə ülgüclə doğranmış meyit tapıldı
- Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi... - Mansurov