Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində təşkil olunan dinc aksiya gecə saatlarında da böyük coşqu ilə davam edir.
BUTA.TV xəbər verir ki, aksiya fəalları plakatlar qaldırıb ənənəvi şüarlarını səsləndirirlər. Havanın şaxtalı olması aksiya iştirakçılarının fəaliyyətinə maneə yaratmır.
Fəallar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Aksiya iştirakçıları bəyan edirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 28 gündür davam edir.
- STM MEDİA-ya birləşdirilir
- Prezident fərman imzaladı
- Əhalinin sayı açıqlandı
- Bu deputatlara yeni vəzifə veriləcək
- Qadınları evlənmək adı ilə əcnəbilərə satan şəxs tutuldu - Video
- Bakıda çadralı qadınlar bıçaq və ülgüclə mağazaya basqın etdilər
- "Binə" TM-də dəhşət: oteldə ülgüclə doğranmış meyit tapıldı
- Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi... - Mansurov