Bu gün futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi baş tutacaq.
BUTA.TV xəbər verir ki, XVIII tura təsadüf edəcək prinsipial oyunda "Fənərbağça" öz meydanında "Qalatasaray"ı qəbul edəcək.
“Ülkər” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Yeni ildə ilk derbi qarşılaşmasını baş hakim Halil Umut Meler idarə edəcək.
Qeyd edək ki, 16 turdan sonra “Qalatasaray” 36 xalla hazırda turnir cədvəlinin lideridir. Əzəli rəqibindən bir xal az toplayan “Fənərbaxça” ikinci pillədə qərarlaşıb. “Başakşehir” komandası 35 xalla üçüncü sırada yer alıb.
“Sarı-qırmızılılar” bu mövsüm Super Liqada 16 oyunda 11 qələbə qazanıb, 3 heç-heçə edib və 2 dəfə məğlub olub. “Fənərbağça” isə çempionatda oynadığı 16 matçdan 11-də qalib gəlib, 2-də heç-heçə edib və 3-də uduzub.
Ümumiyyətlə, əzəli rəqiblərin qarşılaşmasında “Fənərbağça” indiyədək 395 matçın 148-də qələbə qazanıb, “sarı-qırmızılılar” isə bu müddətdə 125 dəfə qalib gəlib. Bu iki klub 122 oyunda bərabərə qalıb.
Komandaların 1909-cu ildə başlayan 114 illik mübarizəsində qələbə və vurulan qolların sayında “Fənərbağça” üstündür.
İki klub arasında keçirilmiş son 10 derbi görüşündə iki dəfə “Qalatasaray”, iki dəfə “Fənərbağça” qələbə qazanıb. Altı oyun isə heç-heçə yekunlaşıb.
- Süni intelektin məhkəmələrin fəaliyyətində tətbiqi... - Mansurov
- Bu il imtahan asan, yoxsa çətin olacaq? - Ekspert
- Talıbovun oğlunun həbsinə hazırlıq gedir? – Yeni detallar
- Qadın hərbçilərlə bağlı bu təklif ilk oxunuşdan keçdi
- Yaz fəslinin Azərbaycana daxil olacağı vaxt açıqlandı
- Meyxanaçı Samirənin müğənni qızı saxlanıldı
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı