BMT-nin Parisdə yerləşən "CAP Freedom of Conscience" QHT Qarabağda yaşayan ermənilərin hüquqları ilə bağlı maarifləndirmə kampaniyasına başlayıb.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, kampaniyanın başlanğıcına 2022-ci il dekabrın 20-də Xankəndi şəhər sakini Yuri Musayelyanla baş vermiş hadisə səbəb olub. Həmin gün Yuri Musayelyan öz mənzilində şiddətli döyülüb.
Təşkilatın bəyanatında deyilir ki, Y.Musayelyan öz Facebook səhifəsində yeganə “günahı” “Qarabağ administrasiyası” rəhbərliyinə qarşı dinc etiraz elan etməsi, xüsusən də “Qarabağın dövlət naziri” vəzifəsinə yeni təyin olunmuş şübhəli maliyyə fırıldaqları ilə varlanan rus-erməni milyarderi Ruben Vardanyanın seçdiyi qarşıdurma kursunu şübhə altına alması olduğunu bildirib.
“Vəzifəyə alındıqdan sonra 2 ay keçməmiş regionun “dövlət naziri” Vardanyan Ermənistanın mis monopolisti “Vallex Group”un Qarabağda işlədiyi qızıl yatağı və mis mədənlərində Azərbaycan hökumətinin Rusiya sülhməramlıları ilə razılaşdırdığı ekoloji monitorinqinin keçirilməsinə imkan verməyib” - deyə QHT vurğulayıb.
Vallex Group-un bölgədəki fəaliyyəti Qarabağlıların fundamental hüquqlarının pozulmasının simvolu olduğundan, biz kampaniya şüarı kimi “Anti-Vallex” adını seçmişik.
"Bütün maraqlıları və ilk növbədə Qarabağın yerli sakinlərini Qarabağda insan hüquqlarının pozulması halları, o cümlədən şirkət tərəfindən ekoloji standartların pozulması ilə bağlı bütün məlumatları bizimlə bölüşməyə dəvət edirik" - təşkilatın bəyanatında deyilir.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək