Rusiya 2022-ci ilin oktyabrında səfərbər edilən 300 min əsgərdən əlavə, yanvar-fevral aylarında daha 500 min nəfər səfərbər etməyi planlaşdırır.
BUTA.TV xəbər verir ki, bu sözləri Ukrayna Müdafiə Nazirliyinin Hərbi Kəşfiyyat Baş İdarəsinin rəis müavini Vadim Skibitski deyib.
Skibitskinin sözlərinə görə, yeni səfərbər olunanlar yaz və yay aylarında Ukraynanın şərqində və cənubunda Rusiyanın bir sıra hücum əməliyyatlarında iştirak edəcəklər:
"Biz gözləyirik ki, onlar Donetsk və Xarkov vilayətlərində, o cümlədən, ola bilsin, Zaporojyedə də hücum əməliyyatları keçirəcəklər, Xerson və Krımda özlərini müdafiə edəcəklər. Bu, belə bir tapşırığı yerinə yetirmək üçün onlara lazım olacaq insanların sayıdır".
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi