Ukraynada yaxın aylarda döyüş əməliyyatlarının sona çatacağını gözləmirik, buna görə də Kiyevə yardımları davam etdirməyi vacib hesab edirik.
BUTA.TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.
“Əminliklə söyləyə bilərik ki, biz bir neçə aya rusların əllərini qaldırıb, döyüşü dayandıracağını gözləmirik. Onların taktiki planlarını müzakirə etməyəcəyik. Onlar hücumu davam etdirirlər. Buna görə də ötəngünkü yardım paketi çox vacib idi”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ ötən gün Ukraynaya 3 milyardlıq hərbi yardım paketini təsdiqləyib.
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi