ABŞ ilk dəfə olaraq Ukraynaya döyüş meydanında hərəkətliliyini artırmaq üçün “Paladin” özüyeriyən haubitsalar hədiyyə edir.
BUTA.TV xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin köməkçisinin müavini Laura Kuper brifinqdə bildirib.
"Paket (Kiyevə hərbi yardım - red.) əsasən artilleriya aktivlərindən ibarətdir. Onların arasında "Paladin sistemi" kimi tanınan 18 özüyeriyən 155 mm-lik haubitsa da var", - Kuper vurğulayıb..
Onun sözlərinə görə, belə sistemlər əvvəllər verilmiş yedəkli haubitsalardan daha böyük qorunma və manevr qabiliyyətini təmin etməlidir.
Qeyd edək ki, ötən gün ABŞ administrasiyası Ukraynaya 3 milyard dollara yaxın hərbi yardım paketi ayrıldığını rəsmi şəkildə təsdiqləyib.
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi