Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın könüllüləri bu saatlarda coşqu nümayiş etdirirlər.
BUTA.TV xəbər verir ki, aksiya fəalları plakat qaldırıb, ənənəvi şüarlarını səsləndirirlər.
Onlar Qarabağ ərazisində Azərbaycanın təbii sərvətlərinin talan edilməsinə qarşı olduqlarını bildirir, haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Fəallar bildirir ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Etirazçılar tələblərində israrlı görünürlər. Aksiya sivil qaydalar çərçivəsində davam edir.
Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı təşkil olunan dinc aksiya artıq 26 gündür davam edir.
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi