Neft qısa müddətdə 100 dollara qalxacaq

22:34 - 6 Yanvar 2023 - GÜNDƏM

 Neft qısa müddətdə 100 dollara qalxacaq

2023-cü ildə neftin bir barrelini qiyməti yenidən 100 dollara yüksələcək, çünki məhdud təklif artan tələbatla üst-üstə düşür.

BUTA.TV xəbər verir ki, bu barədə “Eurasia Group” konsaltinq firması məlumat yayıb.

“COVİD-0 siyasətindən qəfil çıxmasından sonra Çin iqtisadiyyatının bərpası gözlənildiyindən daha sürətli olduğu üçün, həmçinin ABŞ-ın dərin olmayan tənəzzülündən sonra neft bazarı bu il silkələnmə yaşamağa hazırlaşır”, - deyə bildirilir.

Müəlliflərin sözlərinə görə, bu iki amil xam neftə tələbi artıracaq və yeni tədarükün ciddi çatışmazlığını ortaya çıxaracaq.

Bu xəbər hal-hazırda çox oxunur
Fransadan Netanyahunun həbs qərarına – Şok cavab

“Davam edən sanksiyalar fonunda Rusiya istehsalının azalması, OPEK+ ehtiyat potensialının aşağı səviyyəsi, qeyri-OPEK hasilatına kapital qoyuluşunun azalması və İranla nüvə sazişinin olmaması ilə problem daha da dərinləşir”.

Qeyd edək ki, hazırda “Brent” markalı neftin bir barreli 79,12 dollaradır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol