Düşünürəm, aksiya iştirakçıları problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla artıq öz işlərini gördülər. Bundan sonra aksiyanın daha uzun müddətə davam etdirilməsi düşmən tərəfindən bizim zəifliyimiz və çarəsizliyimiz kimi qəbul oluna bilər. Ona görə Azərbaycan hökuməti aksiya iştirakçıları ilə danışmalı, Laçın yolunda aksiyaçıların həyata keçirdiyi nəzarəti dövlət orqanları Ermənistanla sərhəddə həyata keçirməlidir.
BUTA.TV xəbər verir ki, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a geniş müsahibəsində deyib.
“Məncə, aksiya öz məqsədinə çatıb, vətəndaş cəmiyyətinin nümayəndələri separatçıları və separatizmi dəstəkləyənləri bir daha başa saldı ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan həmin ərazidə dövlət suverenliyini bərpa edəcək. Artıq aksiyaçıların dirənişindən sonra indi hökumət cəsarətli qərarları ilə öz işini görə bilər”.
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi