Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ölkəyə idxal olunan qida məhsullarına nəzarət tədbirlərini davam etdirir.
AQTA-dan BUTA.TV-a verilən məlumata görə, fiziki şəxs Cabir Babulla oğlu İsbəndiyarov tərəfindən İrandan idxal edilən 23 800 kq, Baku Fruit Delivery MMC tərəfindən Rusiya Federasiyasından idxal olunan 19 950 kq ərzaqlıq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülmüş nümunələrin laborator müayinəsi nəticəsində məhsul partiyalarında karantin tətbiq edilən zərərli orqanizmlər - kartofun qonur çürüməsi bakteriyası və kartof gövdə nematodu aşkar olunub.
Faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb. Zərərli orqanizmlə sirayətlənmiş məhsullar tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
- Sabah hava necə olacaq?
- Xocavəndə ilk köç karvanı yola salındı
- Zərgərlik mağazasından qızılı belə oğurladı - Anbaan video
- Dövlət maliyyəsinin idarə edilməsində - Yenilik
- Bakıda gömrük terminalında meyit tapıldı
- Bakıda qadın doğuşdan sonra öldü
- Yeni cərimələr: 550 manatdan 2500 manatadək...
- Fərid Əhmədov onları vəzifədən azad etdi