ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikerin səlahiyyət müddətinin başa çatmasına baxmayaraq, rəsmi Vaşinqton Cənubi Qafqazda təhlükəsizliyi və sülhü bundan sonra da təşviq edəcək.
BUTA.TV xəbər verir ki, bu barədə Report-a ABŞ Dövlət Departamentindən bildirilib.
“Səfir Filip Riker ötən ilin avqustunda Qafqaz danışıqları üzrə baş müşavir vəzifəsinə təyin olunduqdan sonra onun bu vəzifəni 2022-ci ilin sonuna qədər qısamüddətli əsasda tutacağı ilkin olaraq başa düşülür və gözlənilirdi”, – məlumatda qeyd olunub.
Dövlət Departamenti bəyan edib ki, F.Rikerin səlahiyyət müddətinin başa çatması ABŞ-ın Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyi təmin etməsinə sadiqliyinə heç bir şəkildə xələl gətirmir.
Vurğulanıb ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqu təşviq etmək və həll olunmamış məsələlərin həlli yollarını tapmaq üçün Avropa İttifaqı kimi tərəfdaşlarla və ATƏT kimi beynəlxalq təşkilatlar vasitəsilə ikitərəfli əlaqələri davam etdirir.
Xatırladaq ki, Filip Rikerin ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri vəzifəsində səlahiyyət müddəti yanvar ayında başa çatıb.
- Soydaşımızı Ermənistanda döydülər - Video
- Putinin rezonans doğuran müraciəti: Bu sözü demədi!
- 3 böyük güc Rusiyaya qarşı – Putin 2 ay dözmək üçün…
- Rusiyadan qaz idxal etməmişik. Nöqtə! - Hacıyev
- Fransadan Netanyahunun həbs qərarına – Şok cavab
- Ukrayna zərbələr endirir: Putin nüvəyə əl atmasa…
- Valentina Matviyenko Azərbaycana gələcək
- Berbok Bakıda: Təfərrüatı barədə heç nə deyə bilməyəcəm!