Bakı Xankəndidən qalxan helikopteri vura bilər

10:32 - 6 Yanvar 2023 - GÜNDƏM

 Bakı Xankəndidən qalxan helikopteri vura bilər

Qarabağda separatçı-terrorçu rejim “hava limanı planı”nı yenidən gündəmə gətirir.

BUTA.TV Publika.az-a sitinadən xəbər verir ki, separatçı rejimin qondarma “spikeri” Artur Tovmasyan Rusiya, ABŞ və Fransaya müraciət ünvanlayıb.

Separatçılar hər üç ölkədən Rusiya sülhmərmlılarının müvəqqəti yerləşdiyi ərazidəki Xankəndi hava limanının (əslində Xocalı limanı) istifadəsinə dəstək istəyirlər. Ruben Vardanyan da yeganə “xilas yolları”nın hava limanının açılması olduğunu yenidən dilə gətirib.

Burada məqsəd Laçın yolunda keçirilən aksiyanın tələblərinin yerinə yetirilməməsi və separatçı rejimin mövcudluğunun qorunması üçün çıxış yolunun tapılmasıdır.

Lakin belə bir istəyin yerinə yetirilməsi qeyri-mümkündür. Çünki bura Azərbaycan torpaqlarıdır və hava məkanı da Azərbaycana məxsusdur. Rəsmi Bakının icazəsi olmadan helikopterin belə qaldırılması mümkün deyil.

Erməni politoloq Qarik Keryan da deyir ki, ABŞ, Fransa və Rusiyadan nəsə gözləmək çətindir.

“Ukrayna müharibəsindən sonra bu ölkələr arasında təmaslar, faktiki dayandırılıb. Ümumilikdə isə Xankəndi hava limanının işə salınması fantaziyadır. Vaxtilə bura bərpa olundu, əvvəllər də istifadəsi çətin idi, indi isə mümkün deyil. Çünki hava məkanından istifadə beynəlxalq qanunlara ziddir. Qarabağın hava məkanı de-yure Azərbaycanın nəzarəti altındadır. Azərbaycan buna icazə verməyəcək”, - erməni politoloq bildirib.

Ermənistan mediası Ruben Vardanyanın hava limanı ilə bağlı dediklərini populizm adlandırır və yazırlar ki, “bu, boş danışıq”dan başqa bir şey deyil.

“Azərbaycan Qarabağ hava məkanında uçan istənilən təyyarəni, yaxud helikopteri vura bilər, beynəlxalq hüquqla buna əsası var”, - erməni şərhçi Hakop Badalyan yazır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol