Naxçıvanda yerləşən Gəmiqaya Şirkəti MMC-yə məxsus torpaq sahələrinin çıxarışları və digər sənədləri itib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı şirkət əlaqədar qurumlara müraciət edib.
Belə ki, Naxçıvan şəhəri, Tumbul kəndində yerləşən "Gəmiqaya Şirkəti" MMC-yə məxsus iki torpaq sahəsinin plan və ölçüləri, eləcə də MH-0047251 və MH-0047252 seriya nömrəli çıxarışları itdiyi üçün etibarsız sayılıb.
Qeyd edək ki, Gəmiqaya Şirkəti MMC-nin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olduğu bildirilir.
- Leyla və Alyona Əliyevalar film təqdimatında... - Foto
- Sabah Bakının bu ərazilərində qaz olmayacaq
- SXA-da dörd nəfərə yüksək vəzifə verildi
- 32 yaşında prorektor oldu
- 445 min manat mənimsəyən qadın Azərbaycana gətirilir
- Bakıda bu yollar təmir olunacaq
- Bakıda icazəsiz ev tikmək olar? - Ekspert açıqladı
- Abşeronda yağışın fəsadları aradan qaldırılır