Prezident İlham Əliyevin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” sərəncamı ötən il baş verən və 2023-cü ildə də nisbətən aşağı templə davam edəcəyi gözlənilən qiymət artımının müəyyən qədər kompensasiya edilməsinə səbəb olacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında iqtisadçı Elşən Bağırzadə deyib.
Ekspert maaş və əmək haqqı məbləğinin artırılmasının gözlənilən addım olduğunu vurğulayıb:
“Hesab edirəm ki, əhalinin, xüsusilə də aztəminatlı təbəqənin sosial rifahının qorunub saxlanılması və mümkün ölçüdə yaxşılaşdırılması hər zaman hökumətin diqqətində olmalıdır. Ancaq nəzərə almaq lazımdır ki, bütün bu sərəncamlarla artırılan göstəricilərin real həyatda nəzərdə tutulan səviyyədə öz müsbət təsirini göstərməsi 2023-cü ildə ölkə iqtisadiyyatının ümumi inkişaf səviyyəsindən asılı olacaqdır. Əgər ölkədə inflyasiyanı yetərli səviyyədə cilovlamağa, biznesi daha da inkişaf etdirməyə və daha sürətli iqtisadi artıma nail olacağıqsa, bu artımların müsbət təsirlərini də əhali həyatında daha yaxşı hiss edəcək”.
O, həmçinin qeyd edib ki, ölkədə rifahın əsas mənbəyi sahibkarlığın inkişafı, innovasiya, istehsal və ixracın artmasıdır.
- Təqsirləndirilən şəxs: Məni həbs etməsəniz, özümü öldürəcəm
- Çalışdıqları şirkətdən 10 minlik oğurluq etdilər
- İtirilmiş smart kartın əvəz edilməsi ödənişlidir? - Rəsmi
- Bu şəxslərə əlavə kompensasiya veriləcək
- 9 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edildi
- Ötən gün Bakıda 26 dərəcə isti olub
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu