2022-ci ilin 5 ən yaxşı smartfonunun adı açıqlanıb.
BUTA.TV xəbər verir ki, “The Verge” jurnalı yola saldığımız ilin ən yaxşı smartfonlarının siyahısını yayıb.
Birinci yerdə “Ayfon 14 Pro” və “Pro Maks” telefonları qərarlaşıb. Hər iki smartfonda olan funksiya standart “Ayfon 14”-də yoxdur. “Ayfon 14 Pro”nun ekranı 6.1 düym, “Pro Maks”da isə 6.7 düymdür.
Bundan başqa “Ayfon 14 Pro” 48 meqapiksellik kamera ilə təchiz olunub ki, bu da əla fotolar çəkməyə imkan verir.
Bu smartfonlar çox davamlıdır və olduqca çətin sınaqlara tab gətirə bilir.
İkinci yerdə isə “Quql Piksel 7 Pro” smartfonu qərarlaşıb.
Nəşr “Quql Piksel 7 Pro”nu bu gün mövcud olan ən yaxşı “Android” telefonu hesab edir. Telefon biri 50 meqapiksel olan üç kameraya, günəş işığında belə aydın təsviri təmin edə bilən 6,7 düymlük ekrana malikdir.
Jurnalın qiymətləndirməsinə görə, üçüncü yerə “Ayfon 13” telefonu layiq görülüb. Bildirilib ki, “Ayfon 13” “Ayfon 14”ün bütün funksiyalarını yerinə yetirə bilir. Bundan başqa, “Ayfon 13” “Ayfon 14”ə nisbətən daha çox satılır.
Siyahıda 4 və 5-ci yerləri “Samsunq Qalaksi S22 Ultra” və “Ayfon 13 mini” telefonları tutub.
- Təqsirləndirilən şəxs: Məni həbs etməsəniz, özümü öldürəcəm
- Çalışdıqları şirkətdən 10 minlik oğurluq etdilər
- İtirilmiş smart kartın əvəz edilməsi ödənişlidir? - Rəsmi
- Bu şəxslərə əlavə kompensasiya veriləcək
- 9 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edildi
- Ötən gün Bakıda 26 dərəcə isti olub
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu