Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) dünyanın ən dəyərli futbolçularının siyahısını açıqlayıb.
BUTA.TV xəbər verir ki, araşdırma 75 liqadan ümumilikdə 30 000 oyunçu arasında aparılıb.
Yekun nəticəyə əsasən, İngiltərə millisinin və Almaniyanın "Borussiya" (Dortmund) komandasının hücumameylli yarımmüdafiəçisi Cud Bellingem ən bahalı futbolçu olub. Onun transfer qiyməti 208,2 milyon avro olaraq qiymətləndirilir.
İlk "üçlük"də həmçinin İngiltərənin "Mançester Siti" klubunun vingeri Fil Foden (200,5 milyon avro) və Fransa PSJ-sinin hücumçusu Kilian Mbappe (190,7 milyon avro) yer alıb.
Reytinqdə "ilk 10-luq" aşağıdakı kimidir:
1. Cud Bellingem (İngiltərə, "Borussiya" Dortmund) - 208,2 milyon avro
2. Fil Foden (İngiltərə, "Mançester Siti") - 200,5 milyon avro
3. Kilian Mbappe (Fransa, PSJ) - 191,7 milyon avro
4. Vinisius Junior - (Braziliya, "Real Madrid") - 190,5 milyon avro
5. Erlinq Holan - (Norveç, "Mançester Siti") - 174,9 milyon avro
6. Pedri (İspaniya, "Barselona") - 170,2 milyon avro
7. Qavi (İspaniya, "Barselona") - 147,6 milyon avro
8. Camal Musiala (Almaniya, "Bavariya") - 145,1 milyon avro
9. Yoşko Qvardiol (Xorvatiya, "Leyptsiq") - 125,8 milyon avro
10. Federiko Valverde (Uruqvay, "Real Madrid") - 123,5 milyon avro
Qeyd edək ki, PSJ-nin hücumçusu Lionel Messi və "Əl-Nəsr"in forvardı Kriştianu Ronaldu ilk "100-lük"dən kənarda qalıb.
- Təqsirləndirilən şəxs: Məni həbs etməsəniz, özümü öldürəcəm
- Çalışdıqları şirkətdən 10 minlik oğurluq etdilər
- İtirilmiş smart kartın əvəz edilməsi ödənişlidir? - Rəsmi
- Bu şəxslərə əlavə kompensasiya veriləcək
- 9 Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edildi
- Ötən gün Bakıda 26 dərəcə isti olub
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu