Fransanın keçmiş prezidenti Fransua Olland və Almaniyanın keçmiş kansleri Angela Merkel Kiyevə Donbasa qarşı hərbi əməliyyatlara hazırlaşmaq imkanı veriblər və bununla da Ukraynadakı münaqişənin səbəbkarlarına çevriliblər.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin deyib.
O bildirib ki, Merkel və Olland Minsk razılaşmalarını sabotaj etmək və onlardan Kiyev rejimini hərbiləşdirmək üçün istifadə etməklə beynəlxalq ictimaiyyəti aldadıblar:
“Məhz Merkel və Olland Minsk razılaşmalarını sabotaj edərək Ukraynadakı münaqişənin səbəbkarına çevriliblər. Almaniya və Fransa ilk növbədə Ukraynada baş verənlərə görə hesab ödəməli olacaqlar. Amma Almaniya hökuməti öz sələflərinin yaratdığı problemləri Rusiyanın üzərinə qoyur”.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?