Mərakeş hakimiyyəti son aylarda Təl-Əvivdə səfirliyinin açılmasını istəyir. Lakin onlar belə bir şərt irəli sürürlər ki, Qərbi Saxara İsrail tərəfindən krallığın bir hissəsi kimi tanınsın.
BUTA.TV xəbər verir ki, bu barədə Amerikanın “Aksios” portalı İsrailin siyasi dairələrindəki mənbələrə istinadən məlumat yayıb.
Keçmiş və indiki məmurlar arasında olan mənbələrə görə, hələlik İsrail hökuməti məsələ ilə məşğul olmamaq qərarına gəlib:
“İsrail XİN-i hesab edir ki, Mərakeş tərəfi krallıqdakı tənqidlərə görə Təl-Əvivdə tam səfirlik açmamaq üçün tanınma məsələsindən bəhanə kimi istifadə edir. İsrail rəsmiləri ölkənin yeni hökumətinin Qərbi Saxaranı Mərakeşin bir hissəsi kimi tanımaqda problem yaşamayacağına inanır və İsrailin Baş naziri Benyamin Netanyahunun yaxın aylarda krallığa səfər edəcəyini təxmin edirlər”.
- Tum çırtlayaraq işçilərə əziyyət edənlər işdən çıxarıldı - Video
- Azərbaycanda 92 yaşlı məşhur işə qəbul olundu
- Metroda interval 13 dəqiqəyə qədər artdı
- Qaradağda tarixi-mədəni abidələrə ziyan vuranlar saxlanıldı
- Tabutumu azərbaycanlı gənclər daşısın... - Davudoğlu
- İlham Əliyev, indi bu adı deməyi sevirəm - Tramp
- Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev
- Azərbaycanlıların İrəvana getməsi erməniləri təşvişə saldı