ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyanla telefon danışığı planlaşdırır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin nümayəndəsi Ned Prays deyib.
“Bildiyiniz kimi, Blinken şəxsən bu prosesdə iştirak edir. O, Ermənistan və Azərbaycandan olan həmkarları ilə müntəzəm danışıqlar aparmaqla prosesə şəxsi töhfəsini verir. Biz dövlət katibinin yaxın günlərdə həmkarları ilə yenidən danışmaq imkanı əldə edəcəyini gözləyirik”, - Prays deyib.
O qeyd edib ki, ABŞ Cənubi Qafqaza sülh gətirmək üçün tərəfdaşlarla işləyir.
- Bəzi ərazilərdə qaz olmayacaq
- Taksi sürücüləri nə qədər sığorta haqqı ödəyəcəklər?
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?