Şimali Koreyada keçmiş xarici işlər naziri edam olundu

22:38 - 4 Yanvar 2023 - GÜNDƏM

 Şimali Koreyada keçmiş xarici işlər naziri edam olundu

Şimali Koreyanın keçmiş xarici işlər naziri Li Yonq Ho və bir neçə diplomat ötən ilin yayında və ya payızında edam edilib.

BUTA.TV xəbər verir ki, bu barədə Yaponiyanın “Yomiuri” nəşri məlumat yayıb.

Məlumata görə, Şimali Koreyanın Böyük Britaniyadakı səfirliyinin işindəki bəzi “problem”lər diplomatların edam edilməsinə səbəb ola bilər. Edam olunanlar müxtəlif vaxtlarda orada işləyiblər. Li Yonq Ho 2016-2020-ci illərdə Britaniyada səfir vəzifəsində çalışıb.

Həmsöhbətlərdən biri nəşrə bildirib ki, Şimali Koreya hakimiyyəti xaricdəki nümayəndələrinə nəzarəti gücləndirməyə başlayıb. Edam edilən məmurlara yaxın olan bir neçə diplomat eyni aqibəti yaşayacaqlarından qorxur.

Bu xəbər hal-hazırda çox oxunur
İndi dünyanın gözü bizə fokuslanıb - Babayev

Şimali Koreyanın Böyük Britaniyadakı səfiri kimi Li Yonq Ho Şimali Koreyanın nüvə proqramı ilə bağlı altıtərəfli danışıqlarda da ölkəsini təmsil edib. Li Yonq Ho 2020-ci ildə xarici işlər naziri vəzifəsindən azad edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol