“Qızıl alma” döyüş təyyarələrinə qarşı mübarizə apara biləcək. Bundan başqa, o, daha sürətli hərəkət edir. Hətta səsdən sürətli variantını hazırlamağı da düşünürük. Bu, az istifadə olunan variantdır. Bununla yanaşı, “Qızıl alma” aqresiv manevrlər edəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar deyib.
“Bu an etibarı ilə biz təyyarəni məhsul kimi hazırlayırıq. İşlər yekunlaşanda o, müəyyən tapşırıqlarda daha üstün olacaq. Pilotlu təyyarə pilotsuz təyyarədən çox ehtiyatlı olacaq. 4-cü nəsil təyyarələrə qarşı böyük üstünlük təmin edəcək. İntellektual süni intellektin yüksək səviyyəli qərarlar verməsini təmin edəcək və texnologiyalarla birləşdirildikdə, əlbəttə, gələcəkdə 5-ci nəsli geridə qoyacaq. “Akıncı” əsasən, kəşfiyyat missiyaları üçün nəzərdə tutulmuş yüksək səviyyəli platformadır. 25 saata qədər havada qala, böyük yükləri, ölkəmiz tərəfindən hazırlanmış bütün sursatları, həmçinin dəqiq istiqamətləndirmə dəstlərini daşıya bilir. O, bir F-16 döyüş təyyarəsinin daşıya biləcəyi hər cür sursatı daşıya bilər”, - S.Bayraqdar qeyd edib.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı