Ukrayna rus işğalçılarını məğlub etdikdən sonra müqaviləli orduya keçməli və eyni zamanda hər kəsə müvafiq bilik və bacarıqlara yiyələnmək imkanı yaratmalıdır.
BUTA.TV xəbər verir ki, bu açıqlama ilə Ukrayna Baş naziri Denis Şmıqal çıxış edib.
"Biz artıq NATO-nun strateji planlaşdırma, təhsil, şəxsi heyət və bölmələrin hazırlanması, müharibə aparmaq prinsiplərindən istifadə edirik. Bunun sayəsində biz nəinki düşməni çəkindiririk, həm də onun ələ keçirdiyi əraziləri azad edirik. Qələbəmizdən sonra hərəkətə keçməliyik. Güclü müqaviləli ordu yaratmaq və eyni zamanda hər kəsə düşmənin yenidən hücuma keçəcəyi təqdirdə ölkənin müdafiəsinə kömək edəcək bilik və bacarıqlar əldə etmək imkanı verməliyik”, - Şmıqal vurğulayıb.
- İlham Əliyevdən Naxçıvanla bağlı yeni qərar
- ABŞ iqlim maliyyələşməsindən yayınır - Edou
- Prezidentdən qərar: Bu agentlik ləğv olunur
- Berbok Bakıda, görün, nələrlə məşuldur – İnanılmaz
- Milli Məclisdən Paşinyana cavab: Bu, ərazi iddiasıdır!
- COP29-da mühüm razılıq əldə olundu
- 70 kq qızılla saxlanılan diplomatın kimliyi bilindi
- Taksist qonağı hava limanından 139 manata gətirdi - DİN işə qarışdı