Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli ilə telefon danışığı aparıb.
BUTA.TV xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Qeyd olunub ki, Zalujnı Milliyə Ukraynanın ilk növbədə quru və hava məkanında əməliyyat və strateji vəziyyətdəki dəyişikliklər barədə məlumat verib.
O bildirib ki, Svatovo-Kremennaya xəttində, eləcə də Lisiçansk istiqamətində şiddətli döyüşlər gedir. Ən çətin vəziyyət Soledar-Baxmut-Mayorsk cəbhəsində qalır. Orada düşmən əslində cəsədləri üzərində irəliləməyə çalışır, lakin Müdafiə Qüvvələrinin bölmələri çətinliklə olsa da, düşmənin hücumunu dayandırır.
- Ağdaban qətliamından daha bir il ötür
- Azərbaycana yağan aramsız yağışların səbəbi bu imiş...
- Naxçıvanda bu filmlərin nümayişi qadağan olunacaq
- Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma...
- Namiq Nəbiyevə hökm oxundu
- Qısa müddətdə növbəti yüksək vəzifə - Zaur Əliyev kimdir?
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - Video
- Zaur Əliyevə yüksək vəzifə verildi