Bakı və Tbilisi arasında sərnişin qatarları 6 illik fasilədən sonra bərpa olunur.
“BUTA.TV” “24News.ge”yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Bildirilir ki, Bakı və Tbilisi arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatı 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacaq.
Məlumata görə, qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri çərçivəsində Azərbaycan tərəfi ilə imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolu əsasında qəbul olunub. Protokola əsasən, yeni Bakı–Tbilisi–Qars dəmiryolu hissəsi tam istifadəyə veriləcək.
Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Prezidenti İlham Əliyev iştirak ediblər.
ADY-dən sorğumuza cavab olaraq bildirilib ki, verilmiş tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən “Gürcüstan Dəmir Yolları” ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır.
- Naxçıvana uçuşlar yenə ləğv olundu
- “Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm” - Prezident
- Bakı-Tbilisi qatarı 6 il sonra bu tarixdən açılır?
- Azərbaycan illər ərzində necə dəyişdi? - Video
- Bu gün daha iki zəvvar təyyarəsi yola düşdü
- Türkiyədə dəhşətli qətliam - Küçə-küçə gəzib qarşısına çıxanı güllələdi
- 8 yaşlı azərbaycanlı Rusiyada faciəvi şəkildə öldü - Fotolar
- Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq