Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi

18:04 - 11 May 2026 - GÜNDƏM

 Trampa sui-qəsddə ittiham olunan şəxs özünü təqsirli bilmədi

ABŞ Prezidenti Donald Trampa sui-qəsd cəhdində ittiham olunan Koul Allen məhkəmədə ona qarşı irəli sürülən bütün bəndlər üzrə özünü təqsirsiz hesab etdiyini bəyan edib.

BUTA.TV” “NewsNation” telekanalına istinadən xəbər verir ki, bu barədə məhkəmə prosesindən yayılan rəsmi məlumatda deyilir.

Bildirilir ki, 31 yaşlı K. Allen ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmayıb.

Xatırladaq ki, hadisə aprelin 25-də Vaşinqtonda, Ağ Evin Müxbirlər Assosiasiyasının Trampın da iştirak etdiyi qəbulu zamanı baş verib. Belə ki, Kaliforniya ştatının Torrans şəhərindən olan silahlı şəxs binaya daxil olmağa çalışaraq atəş açıb. Nəticədə Məxfi Xidmətin bir əməkdaşı yaralanıb, hücum edən şəxs isə hadisə yerindəcə saxlanılıb. Prezident Donald Tramp insident zamanı xəsarət almayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Rayonlarda işsizlik artır, əhali Bakıya axışır

Prezident Tramp hadisədən sonra verdiyi açıqlamada Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffrisi sərt tənqid edib. O, Ceffrisin ritorikasının zorakılığa təşviq etdiyini və sui-qəsd cəhdinə rəvac verdiyini iddia edib.

Qeyd edək ki, bir müddət əvvəl bəzi ABŞ KİV-lərində sui-qəsd cəhdlərinin həqiqiliyinə dair şübhələrin olduğu barədə də xəbərlər yayılmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol