190 minlik dələduzluq: 4 nəfər saxlanıldı

15:21 - 11 May 2026 - GÜNDƏM

 190 minlik dələduzluq: 4 nəfər saxlanıldı

Su Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində dələduzluq etməkdə şübhəli bilinən 4 nəfər — T. Bədəlov, P. Qurbanov, S. Xəlilov və K. Fətəliyev saxlanılıblar.

BUTA.TV xəbər verir ki, araşdırmalar zamanı onların zərərçəkmişə dəmir armatur satacaqları vədini verərək etibarını qazanıqları məlum olub.

Daha sonra müxtəlif bəhanələrlə zərərçəkmişdən hissə-hissə pul alıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər götürdükləri öhdəlikləri yerinə yetirməyərək zərərçəkmişə ümumilikdə 190 min manat maddi ziyan vurublar.

Bu xəbər hal-hazırda çox oxunur
Rayonlarda işsizlik artır, əhali Bakıya axışır

Faktla bağlı cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol