Abşeron rayonu ərazisində qəbiristanlıq ərazisinə atılan azyaşlının atası tapılıb.
BUTA.TV bildirir ki, bu barədə Oxu.Az-a Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə məlumat verib.
O bildirib ki, həmin şəxsin uşaqla heç vaxt ünsiyyəti olmayıb:
“Burada bioloji atadan söhbət gedir. Onun uşaqla heç vaxt ünsiyyəti olmayıb. O, uşaq barəsində heç nə bilmir. Sadəcə şəkilini görüb. Bu şəxsi sığınacağa dəvət etmişik, gəldikdən sonra söhbət aparılacaq”.
Xatırladaq ki, mayın 4-də “Fatimeyi-Zəhra” məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından 2 yaşlı oğlan uşağı tapılıb.
Onun anası müəyyənləşdirilib və dövlət qurumuna dəvət olunub. Lakin ana övladından imtina edib.
- Repressiya qurbanının oğlu hökumətdən təzminat istəyir
- Azərbaycan və Ukrayna arasında memorandum imzalandı
- Bu şəxslərə hər ay 1500 manat veriləcək - Adlar
- Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR
- Qəbiristanlığa atılan uşağın atası tapıldı
- Gecikdirilmiş 292,3 min manat işçilərə ödənildi
- 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirildi - Video
- Mayın 14-dək meteor yağışı müşahidə olunacaq