Türkiyənin aparıcı e-ticarət platforması və dünyanın ən böyük elektron ticarət platformalarından biri “Тrendyol”un Azərbaycandakı müştəriləri artıq “Тrendyol Plus” loyallıq proqramından istifadə edə bilirlər.
“Тrendyol Plus” sayəsində istifadəçilər xüsusi kampaniyalar, əlavə imtiyazlar və daha əlverişli çatdırılma şərtlərinə çıxış imkanı əldə edərək rahat alış-veriş təcrübəsi qazanırlar.
Abunəlik Azərbaycanda ilk ay cəmi 1 AZN ödəniş tələb edən xüsusi promo təklif vasitəsilə aktivləşdirilir. Növbəti aylarda isə aylıq abunə haqqı 5.49 AZN təşkil edir.
“Тrendyol Plus” istifadəçiləri hər ay 10 ödənişsiz çatdırılma imkanı ilə yanaşı, yalnız proqram üzvlərinə təqdim olunan eksklüziv endirimlərdən yararlana bilirlər.
Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
“Тrendyol Plus”a qoşulma prosesi olduqca sadədir. Xidmət Тrendyol mobil tətbiqi və ya https://www.trendyol.com/ saytı üzərindən həyata keçirilir. İstifadəçilər sadəcə “Тrendyol Plus” bölməsinə daxil olaraq bir neçə toxunuşla abunəliyi aktivləşdirə bilərlər.
Тrendyol platforması istifadəçilərə 7 milyondan çox məhsul təqdim edir və bütün kateqoriyalar üzrə geniş seçim imkanı yaradır.
- Bu şəxslərə hər ay 1500 manat veriləcək - Adlar
- Ləğv edilən “Bakı Taksi Xidməti”nin rəhbəri kimdir? - MARAQLI FAKTLAR
- Qəbiristanlığa atılan uşağın atası tapıldı
- Gecikdirilmiş 292,3 min manat işçilərə ödənildi
- 25 min abonentin su təchizatı fasiləsiz rejimə keçirildi - Video
- Mayın 14-dək meteor yağışı müşahidə olunacaq
- FHN-də Ümummilli Liderə həsr olunmuş tədbir keçirildi
- Bulvardakı məşhur klubda yararsız qida məhsulları aşkarlandı - Foto