Bakıda və Abşeron yarımadasında mayın 8-i səhər və gündüz saatlarında arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində isə yağışın qısa müddətə intensivləşəcəyi ehtimal olunur.
BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın rayonlarında may ayının birinci ongünlüyünün son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Belə ki, 8-də bəzi rayonlarda, 9-10-da isə əsasən gündüz saatlarında dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq rayonlarda qar yağacağı, 8-də bəzi yerlərdə yağıntıların bir qədər güclənəcəyi ehtimalı var.
Azərbaycanda əhali azalır: Miqrasiya və doğum statistikası narahat edir
Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəz dağ çaylarından qısamüddətli sel keçəcəyi istisna olunmur.
- Naxçıvanda yüksək vəzifəyə təyinat – Sərəncam
- 950-dək şəxs üçün kiçik təsərrüfatlar qurulub
- Bu maşınlar dövlət mülkiyyətinə keçəcək
- FHN müsabiqə keçirdi - Video
- Azərbaycanda nasos stansiyasını su basdı - Foto
- Əli Əsədov yeni qərar imzaladı
- Prezident maaşla bağlı bu qanunu təsdiqlədi
- Bakıda məşhur şadlıq evi qonaqlara at əti verirmiş - Foto