Avtobus zolaqlarında yeni xətlər: Nəyi ifadə edir? - Video

11:52 - 7 May 2026 - CƏMİYYƏT

 Avtobus zolaqlarında yeni xətlər: Nəyi ifadə edir? - Video

Bakının mərkəzi küçələrində tətbiq edilən yeni nişanlanma xətləri sürücülərin diqqətini çəkib.

BUTA.TV Oxu.az-a istinadla xəbər verir ki, sözügedən xətlər əsasən avtobus zolaqları ilə digər hərəkət zolaqlarının kəsişdiyi hissələrdə çəkilib.

Bu cür nişanlanma xətlərinə sürücülər ilk dəfə rast gəldikləri üçün xətlərin nə ifadə etdiyi onlarda sual yaradıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, sözügedən xətlər "1.11" nişanlanlanma xətləridir:

"Bu xətlənmə bir çox yollarda istifadə olunur. Videodan da göründüyü kimi, bu nişanlanma xətti sürücüləri çaşdırmır. Bu xətlər ikinci zolaqdan gələn nəqliyyat vasitələrinin sağa dönməsi üçün sağ zolağa keçməsinə icazə verir".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol