Ziyabəddin Hüseynov Sahibkarlıq Subyektlərinin Elektronlaşdırılması və Sanitar Nəzarət Mərkəzinə direktor vəzifəsinə təyin olunub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, mərkəzin fəaliyyəti sahibkarlıq subyektlərinin daha şəffaf və səmərəli iş rejiminin yaradılması üçün Elektron QR məlumatlandırma sisteminin qurulması və nəzarətinin aparılmasını təmin etməkdir.
Bu platformada yoxlama-nəzarət tədbirləri zamanı və müştəri şikayətləri olduqda tələb olunan bütün məlumatların bir elektron mərkəzdə toplanaraq əlçatanlığının təmin edilməsi mümkün olacaq.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Xidmətlərin təşkili departamentinin direktoru Ziyabəddin Hüseynov öz ərizəsi ilə işdən çıxıb.
- AzerGold QSC-də Esvatini Krallığının səfiri ilə görüş keçirildi
- Vüsal Nəsirli generalın oğlunu işdən çıxardı - FOTO
- Onların maaşlarına əlavənin verilmə müddəti uzadıldı
- Baş nazir qərar imzaladı
- Dostunun məhkəməsinə getdi, həbs olundu
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı