HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi

15:28 - 5 May 2026 - GÜNDƏM

 HDQ komandanı Türkiyədə sərgidə iştirak etdi

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı Şahin Məmmədov Türkiyənin İstanbul şəhərində keçirilən "SAHA 2026" müdafiə və aerokosmik sərgisində iştirak edib.

BUTA.TV Report-a istinadla xəbər verir ki, o, Azərbaycan nümayəndə heyəti ilə birlikdə müxtəlif stendləri ziyarət edərək yeni texnologiyalar barədə məlumat alıb.

Ş.Məmmədov sərgidə nümayiş etdirilən müasir hərbi dəniz sistemləri və müdafiə sənayesi məhsulları ilə yaxından tanış olub.

HDQ komandanı sərgidə Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev ilə də görüşüb. Görüşdə Azərbaycan müdafiə sənayesinin inkişaf perspektivləri, hərbi-texniki əməkdaşlıq imkanları və yeni layihələr ətrafında fikir mübadiləsi aparılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Onlar, həmçinin müasir hərbi texnologiyaların tətbiqi və dəniz qüvvələrinin potensialının gücləndirilməsi istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol