Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi

15:36 - 30 Aprel 2026 - GÜNDƏM

 Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçildi

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Vəkillərin İxtisas Komissiyasının sədri Turqay Hüseynov Hakimlərin Seçki Komitəsinə üzv seçilib.

BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, müvafiq qərar Məhkəmə-Hüquq Şurasının iclasında qəbul edilib.

Hüquq elmləri doktoru Turqay Hüseynov 1996-cı ildə Kazan Federal Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildən hüquq elmləri namizədi, 2018-ci ildən isə hüquq elmləri doktorudur, 50-dən artıq elmi əsərin müəllifidir.

O, 2000-ci ildən Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsində elmi-pedaqoji fəaliyyətlə məşğuldur. Hazırda BDU-nun İnsan hüquqları və informasiya hüququ UNESKO kafedrasının müdiri vəzifəsində çalışır.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı əhalisinə pis xəbər - Video

Eyni zamanda Turqay Hüseynov BDU-nun nəzdində fəaliyyət göstərən Dissertasiya şurasının sədridir.

O, 2004-cü ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür. 2022-ci ildən etibarən isə Vəkillərin İxtisas Komissiyasının sədri kimi fəaliyyət göstərir.

Turqay Hüseynov peşə bayramı münasibətilə və vəkilliyin inkişafındakı xidmətlərinə görə Prezident cənab İlham Əliyevin 28 dekabr 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol