ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!

12:44 - 27 Aprel 2026 - GÜNDƏM

 ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib.

Tədbirdə Bankın 80-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib. Onlara ABB-nin bizneslər üçün yaratdığı yeni məhsul və xidmətlər haqqında geniş məlumat verilib. Bankın müxtəlif layihələri barədə maraqlı təqdimatlar olub. O cümlədən Bankın korporativ kartı və İslam bankçılığı aləti olan “Murabaha” məhsulu, “Fayda biznes” loyallıq proqramı, Ticarət və Təchizat zənciri platformaları, Flydesk xidməti müştərilərə təqdim edilib. İş adamlarını maraqlandıran çoxsaylı suallar cavabandırılıb. Tədbirin sonunda onlayn müsabiqə keçirilib və 10 qalib mükafatlandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam edib.

Qeyd edək ki, 2016-cı ildən bəri hər il 25 aprel günü Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyər kimi cəmiyyətimizdə iş adamlarına dəstək əhval-ruhiyyəsini yüksəldir, biznes mədəniyyətini gücləndirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol