Qaxda mindən çox abonentin qazı kəsildi

11:54 - 24 Aprel 2026 - GÜNDƏM

 Qaxda mindən çox abonentin qazı kəsildi

Qax rayonu ərazisində qaz xətlərində sızma ləğvi ilə əlaqədar saat 11:20-dən etibarən Qaxbaş kəndinin bir hissəsi, Yeni Qaxbaş yaşayış massivi, 5 evlər yaşayış massivi, Ağçay və İlisu kəndlərində cəmi 1 127 abonentin qaz təchizatı daxildən dayandırılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Bildirilib ki, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol