Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

15:42 - 22 Aprel 2026 - GÜNDƏM

 Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq

Aprelin 24-25-də Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilib.

Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol