Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Bakupost.az-a məlumatı o özü təsdiqləyib.
Bildirib ki, bu gün TƏBİB-ə dəvət olunaraq ərizəsi alınıb.
Könül Ələkbərov bundan sonra pedaqoji fəaliyyətlə məşğul olmaq istədiyini deyib:
“Əməktar həkiməm. Azərbaycan Tibb Universitetində tədris olunan “Təcili Tibbi” kitabının müəllifiyəm. Ola bilər ki, universitetdə müəllim işləyim. Yaxud hansısa özəl xəstəxanada həkim kimi fəaliyyət göstərim”.
Qeyd edək ki, Könül Ələkbərova ixtisasca anestezioloq-reanimatoloqdur. O, 2017-ci ildə icbari tibbi sığorta ilə bağlı Mingəçevirdə həyata keçirilən pilot layihənin, daha sonra isə işçi qrupunun rəhbəri olub.
2021-ci ildən etibarən isə Klinik Tibbi Mərkəzin direktoru vəzifəsində çalışırdı.
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi