Bakı şəhərinin Baş planında 100 min binanın söküləcəyinə dair heç bir məlumat yoxdur.
BUTA.TV xəbər verir ki, bu barədə Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat xidməti məlumat yayıb.
"Mətbuatda "Bakının Baş planına əsasən 100 min binanın söküləcəyi"nə dair yanlış xəbərlər dərc edilib. Baş planda belə bir məlumat öz əksini tapmır və bu informasiya Komitə tərəfindən verilməyib", - məlumatda bildirilir.
Qeyd edək ki, mətbuatda "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı"na əsasən 12 rayonun ərazisində ümumilikdə 100 minə qədər binanın söküləcəyinə dair xəbərlər yayılıb.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək