Bu rayonun bir hissəsində qaz kəsiləcək

18:24 - 8 Aprel 2026 - GÜNDƏM

 Bu rayonun bir hissəsində qaz kəsiləcək

Sabah Yexlax rayonunun bir hissəsinin təbii qazla təchizatında fasilə yaranacaq.

BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Tərtər regional Qaz İstismar İdarəsi məlumat yayıb.

Məlumata görə, saat 10:00-dan İdarə qaz xətti üzərində quraşdırılmış qoruyucu klapanların alt hissəsində olan siyirtmələri üçgedişli kranla əvəz edəcək və bununla bağlı "Yeni Yevlax" qaz paylayıcısında təmir işləri aparacaq. Odur ki, Yevlax şəhərinin Nizami prospekti, K.Sabitov, S.Vurğun, Dostluq, Zərdabi, Y.Yevlax, Q.Quliyev, İ.Dəmirov, F.X.Xoyski, Nərimanov, Cavanşir, Şadlınski, M.Hüseynzadə, M.Hüseyn, İnşaatçılar, R.Behbudov, Ş.Qurbanov, Vidadi, F.Kərimov, Əfəndiyev, Firdovsi, C.Cabarlı və M.Ə.Rəsulzadə küçələrində, rayonun Varvara, Balçılı, Salahlı, Səmədabad, Yeni Çobankərə, Ağqıraqlı, Cırdaxan və İsmayılabad kəndlərində qaz kəsiləcək.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol