Qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə bərpa edildi

17:38 - 7 Aprel 2026 - GÜNDƏM

 Qanunsuz çıxarılan 44 nəfər əvvəlki işlərinə bərpa edildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti yanvar-mart ayları ərzində işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 200 742 manat vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirlikdən BUTA.TV-a verilən məlumata görə, görülən tədbirlər nəticəsində həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Bu vəsaitlərin 87 faizi əmək haqqı, qalan hissəsi zərərə görə ödənc, müavinət və kompensasiyalardan ibarət olub.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 44 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Bu xəbər hal-hazırda çox oxunur
Ehtiram Quliyevi ağır cəza gözləyir

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol