Şamama Əmirova Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinə, Aysel Səfixanova isə Sumqayıt Musiqi Kollecinə tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin ediliblər.
BUTA.TV xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Şamama Əmirova bakalavr təhsilini Azərbaycan Dillər Universitetində "İngilis dili müəllimliyi" ixtisası üzrə alıb. Daha sonra ADA Universitetində "Təhsil menecmenti" ixtisası üzrə magistratura təhsili alıb. O, 2013-2020-ci illərdə Laçın rayonu 10 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi işləyib, 2020-ci ildən etibarən isə həmin məktəbin direktoru vəzifəsində fəaliyyət göstərib.
Aysel Səfixanova bakalavr təhsilini Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "İnstrumental ifaçılıq" ixtisası üzrə, magistratura təhsilini isə Azərbaycan Milli Konservatoriyasında fərqlənmə ilə başa vurub. Hazırda Azərbaycan Dövlət İqtisad Universitetində "Menecment" ixtisası üzrə ikinci ali təhsil alır.
Əmək fəaliyyətinə 2015-ci ildə başlayan Aysel Səfixanova müxtəlif dövrlərdə bir sıra vəzifələrdə çalışıb. O, 2023-2025-ci illərdə Azərbaycan Milli Konservatoriyasının Etnomusiqişünaslıq kafedrasında müəllim kimi fəaliyyət göstərib. Yeni təyinata qədər Azərbaycan Milli Konservatoriyasında rektorun köməkçisi vəzifəsində çalışıb.
- Bakıda 200 min mənzil inşa ediləcək
- Başçının sakinlərlə görüşündə insident: bir nəfər həbs edildi
- Bu universitetdə erməni dilində kurslar təşkil edildi
- Avtobus zolağında hərəkət edən “Ferrari” saxlanıldı - Video
- Baş nazirdən quru sərhədlərlə bağlı mühüm açıqlama
- İranın hücumu: Hamı əmin oldu ki, İlham Əliyev... - Baş nazir
- Laçının bu kəndləri birləşdirilir
- Mayda 14 gün qeyri-iş günü olacaq