Ötən gün paytaxtın Sabunçu rayonu, Aeroport şosesində iki piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, qəzada xəsarət alan piyadalardan biri taksi minik avtomobilinə qoyulub və onun vəziyyəti, pik saatda yaranan nəqliyyat sıxlığı nəzərə alınaraq yol polisi əməkdaşlarının operativ müşayiəti altında Sabunçu Tibb Mərkəzinə çatdırılıb.
"NİİM piyada vurulması ilə nəticələnən qəzalar daha çox piyada keçidlərinin yaxınlığında qeydə alınır. Ən təhlükəlisi də odur ki, piyadaların bir qismi sürətli və hərəkətin intensiv olduğu yollarda "avtomobillər dayanıb yol verəcəklər" düşüncəsi ilə məsələyə yanaşdığından onlar çox vaxt qəzanın qurbanı olur və ya ağır xəsarət alırlar. Piyadalar yolu diqqətsiz keçdikləri və piyada keçidlərindən istifadə etmədikləri təqdirdə nəticəsi ağır olacaq. Bu baxımdan yol hərəkəti iştirakçıları qaydalara əməl etməli, məsələyə ciddi yanaşmalıdırlar", - məlumatda bildirilib.
- İsveçrə səfiri 6 nəfərlik heyətlə Azərbaycana təxliyə olundu
- Azər Qasımlıya hökm oxundu
- Prezident fərman imzaladı
- Xocavənddə əmək yarmarkası keçiriləcək - Foto
- “Qızlara ağ yaraşır”ın iştirakçıları “Azercell”in qonağı oldu
- Pensiya alanlara şad xəbər!
- “OBA” miqyasını 16 dəfə artıraraq 11 mindən çox əməkdaşa çatdı
- Aeroport yolunda ağır qəza: iki piyada vuruldu - Anbaan video