Sabah Bakıya yağış yağacaq

13:02 - 10 Mart 2026 - GÜNDƏM

 Sabah Bakıya yağış yağacaq

Bakıda və Abşeron yarımadasında yanvarın 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var.

BUTA.TV xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.

Bu xəbər hal-hazırda çox oxunur
Bu gün Yel çərşənbəsidir

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-12° isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 10-15° şaxta, gündüz 0-5° şaxta olacaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol