“Azərsun Holdinq” Təmiz Dünya İB-yə dəstək verəcək

10:56 - 10 Mart 2026 - GÜNDƏM

 “Azərsun Holdinq” Təmiz Dünya İB-yə dəstək verəcək

“Azərsun Holdinq” sosial məsuliyyət strategiyasına sadiq qalaraq, “Təmiz dünya” İctimai Birliyinə məhsul təminatı dəstəyi verəcək.

Əməkdaşlıq çərçivəsində adıçəkilən şirkətlər qrupu həssas qrupa aid şəxslərin yaşadığı “Mehriban” qadın və uşaq sığınacağın zəruri ehtiyaclarını təmin etməklə bərabər müxtəlif sosial layihələr də icra edəcək.

“Azərsun Holdinq” üçün sosial məsuliyyət sadəcə korporativ siyasət deyil, bu, cəmiyyətə töhfə vermək və gələcəyin sağlam nəslinin formalaşmasına dəstək olmaq missiyasıdır.

Qeyd edək ki, tərəflər uzunmüddətli və davamlı təsir yaradacaq proqramların icrasını hədəfləyir.

Bu xəbər hal-hazırda çox oxunur
İtkin düşən 88 yaşlı kişi axtarılır - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol